ARTERİAL TƏZYİQİ NƏZARƏTDƏ SAXLAMAQ

Arterial təzyiqi nəzarətdə saxlamaq

Hipertoniya   ürək-damar sisteminin ən çox yayılmış xəstəliklərdən biridir. Hipertoniya  xroniki xəstəlik olub arterial təzyiqin  yüksəlməsi ilə  xarakterizə olunur.  Normada sağlam adamın arterial təzyiqi (A/T) 120/80 mm civə sütunu olur. Arterial təzyiq müntəzəm olaraq 139/89 mm civə sütunundan artıq olarsa, bu zaman hipertoniya xəstəliyindən  danışmaq olar. Bir çox hallarda insanlar hətta özlərində bu xəstəliyin inkişaf etməsindən xəbərsiz olaraq baş verən dəyişiklikləri yorğunluq, stress və digər səbəblərlə əlaqələndirirlər. Hipertoniya müalicə olunmadıqda sağlamlıq üçün təhlükəli hesab olunur. Xəstəlik inkişaf edib ağırlaşaraq  ürək, beyin, böyrəklər və damarları zədələyir.

  Ona görə də bu xəstəliyə düçar olanlar həkim-kardioloqun nəzarətində olaraq müvafiq müalicə kursları almaqla yanaşı arterial təzyiqi daima nəzarətdə saxlamalıdirlar. Bu zaman onlar həkim tərəfindən təyin olunan dərmanları vaxtında qəbul etməli, onun məsləhət gördüyü pəhriz, həyat rejimi  və digər məsləhətlərə  əməl etməlidirlər. Hipertoniya xəstəliyinin ilk dövrlərində xəstələrdə vaxtaşırı olaraq arterial təzyiqin yüksəlməsi, baş ağrıları, ürəkdöyünmə, əllərdə keyimə, bəzən ürək nahiyəsində ağrı, başın ənsə (arxa) nahiyəsində ağırlıq hissiyyatı yaranır.

Arterial təzyiqi nəzarətdə saxlamaq üçün təzyiq ölçən cihaz  daima əl altında olmalıdır. Müntəzəm olaraq təzyiq ölçülməli və nəzarətdə saxlanılmalıdır. Belə etdikdə  müxtəlif  səbəblərdən təzyiqin qalxmasını vaxtında bilib həkimlə məsləhətləşərək lazımi tədbirlər görmək olar.
Arterial təzyiqi  rəqəmsal və mexaniki  tonometrlərdən istifadə edərək ölçmək olar.

.                                                                              
Təzyiq beş dəqiqə hərəkətsizrahat dayanaraq, danışmadan və tərpənmədən ölçülməlidir.  Ölçmə apararkən cihaz və ürəyin zirvəsi eyni səviyyədə olmalıdır. 
Deyilənlərə əməl olunarsa  ölçü dəqiq olur.  Mexaniki tonometrləri istifadə edərkən arterial təzyiqi  başqasının   ölçməsi   məsləhətdir. Rəqəmsal tonometrləri isə şəxs qoluna və ya biləyinə düzgün bağlaya bilərsə çox asanlıqla istifadə edə bilər.

 qəmsal tonometrlərin düz cavab verməsı üçün cihazda litium və  ya qələvi tipli elementlərdən ( batareya ) istifadə etmək  məsləhətdir. Litium tipli elementlərdə 1000, keyfiyyətli qələvi elementlərlə 500-ə qədər dəqiq ölçmə aparmaq olar. Keyfiyyətsiz elementlərdə isə dəqiq ölçmə haqqında danışmağa dəyməz. Rəqəmsal təzyiq ölçənlərin adaptorla işləyən formaları bu cəhətdən daha sərfəlidir. Asan və dəqiq ölçmə təzyiqinizi nəzarətdə saxlamaq üçün əsas vasitələrdən biridir.